Bakıdakı Dünya Kuboku mənim ən sevimli yarışlarımdan biri oldu – Zöhrə Ağamirova

Xəbər - Cani Babayeva – AzerTimes:

Bakıdakı bədii gimnastika üzrə Dünya Kuboku mənim ən sevimli yarışlarımdan biri oldu və mən şadam ki, bu yarış baş tutdu.

Bunu AzerTimes-ə azərbaycanlı gimnast Zöhrə Ağamirova deyib.

O bildirib ki, Dünya Kuboku 2021-ci ildə iştirak etdiyi ilk yarışdır: “Fikrimcə, pis çıxış etmədim, amma daha yaxşı çıxış edə bilərdim. Kuboka hazırlıq asan deyildi, məşqlər intensiv keçirdi. Avropa çempionatından sonra mənim proqramımda dəyişikliklər edilib. Proqram çətinləşsə də, belə mənim daha çox xoşum gəlir”.

Z.Ağamirova vurğulayıb ki, çıxışlar zamanı tamaşaçıların dəstəyi çatışmır: “Tamaşaçılar tribunalardan dəstəkləyəndə çıxış etmək asanlaşır. Amma indiki vəziyyətdə mən buna diqqət verməməyə çalışıram. Bilirəm ki, tamaşaçılar zalda olmasa da bizə azarkeşlik edirlər və yaxşı nəticələr gözləyirlər”.

Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçirilir.


Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparacaq.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta “AGF Trophy” kuboku təqdim olunacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: