Bakıda zəncirvari qəza oldu

Bakıda zəncirvari qəza oldu

Bakıda zəncirvari yol qəzası baş verib. Yol qəzası paytaxtın Ziya Bünyadov prospektindəki tuneldə baş verib. Hadisə nəticəsində biri yük avtomobili olmaqla, 4 avtomobil toqquşub. Nəticədə iki nəfərin xəsarət aldığı bildirilir.

Hadisəyə səbəb yük avtomobilinin tuneldə saxlamasının səbəb olduğu deyilir. Yük avtomobili tuneldə qəfil dayandığından arxadan gələn “Mercedes” markalı 3 avtomobil bir-birinə çırpılıb.

Ərazidə böyük tıxac yaranıb. Hadisə yerinə cəlb olunan yol polisləri yaranmış tıxacı aradan qaldırmağa çalışır.

zencirvari-qeza