Bakıda yük maşını yol təsərrüfatına ziyan vurub (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bu gün axşam saatlarında Böyükşor küçəsində Balaxanı qəsəbəsi istiqamətində hərəkət edən yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara çıxıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, nəticədə yol təsərrüfatına ziyan dəyib.


Yol kənarında qoyulmuş müxtəlif ölçülü 37 səki daşı sıradan çıxıb.

Teqlər: