Bakıda yük maşını aşdı, yol bağlandı (FOTO)

Xəbər - Samir Əli – Trend:

Bakının Biləcəri dairəsi yaxınlığında yük avtomobili aşıb. Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə nəticəsində Moskva prospektindən bu istiqamətdə gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir. Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.

Teqlər: