Bakıda yoluxma səviyyəsi artdı – son STATİSTİKA

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Trend “koronavirus.info”ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür – 53.7 faiz. Martın 19-a olan statistikaya əsasən bu göstərici 52,9 faiz idi.

Hazırda yoluxma Abşeronda 12.9 faiz, Aranda 12.4 faiz, Gəncə-Qazaxda 7.8 faiz, Şəki-Zaqatalada 3.5 faiz, Quba-Xaçmazda 2.9 faiz, Lənkəranda 2.7 faiz, Dağlıq Şirvanda 2.4 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.


Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.

Teqlər: