Bakıda “VAZ” yanıb

Bakı şəhərinin Suraxanı rayonunda VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan “Mercedes” markalı minik avtomobilinin bir tərəfi qarsalanıb.


Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: