Bakıda temperatur iqlim normasından yuxarı olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 07-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində axşam saatlarından başlayaraq şimal-qərb küləyi güclənib, bəzi yerlərdə yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olub.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, düşən yağışın miqdarı Lənkəranda 30.0 mm, Qubada 14.0 mm, Qusarda 13.0 mm, Astarada 12.0 mm, Lerikdə 6.0 mm, Balakən, Yardımlıda 3.0 mm, Göytəpədə 2.0 mm, Şəki, Zaqatala, Kişçay (Şəki), Şabran, Altıağac, İsmayıllı, Xaltan, Qrızda 1.0 mm-dək olub.

Şimal-qərb küləyi arabir Biləsuvar, Neftçalada 20 m/s, Şirvan, Şabran, Xaçmazda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Maştağada 25 m/s, Pirallahı, Çilov adası, Neft Daşlarında 20 m/s, Sumqayıtda 18 m/s-dək güclənib, Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.


Sentyabrın 6-da Bakıda iqlim normasından 1.6° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30°-dək isti, aran rayonlarında 33°-dək isti, dağlıq rayonlarda 22°-dək isti, Naxçıvan MR-da 33°-dək isti olub.

Teqlər: