Şadlıq evindən seyf oğurlandı

Şadlıq evindən seyf oğurlandı

Bakıda şadlıq sarayından oğurluq olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə mayın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birindən seyf oğurlanıb.

Oğurlanan seyfin içində 38200 manat və 300 ABŞ dolları pul olub.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər tutulub.

Şübhəli şəxslər Bakı şəhər sakinləri Emil Teymurov və əvvəllər məhkum olunmuş Mirzə Mirzəzadədir.