Bakıda ötən il ərzində istehsal edilən tikinti materiallarının həcmi açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Bakıda ötən il ərzində istehsal edilən tikinti materiallarının həcmi açıqlanıb.

AzerTimes-ın məlumatına görə, 2020-ci ildə tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri əvvəlki ilin yanvar-dekabr aylarına nisbətən sabit qiymətlərlə 0,2 faiz artaraq 488,6 milyon manat təşkil edib.


Əvvəlki ilin yanvar-dekabr aylarına nisbətən sementin istehsalı 4,5 faiz, asfaltın istehsalı 28,8 faiz azalmış, hörmə üçün hazır beton qarışığının istehsalı 30,5 faiz, tikinti gipsinin istehsalı isə 6,9 dəfə artıb.

Teqlər: