Bakıda maşın, Balakəndə ev yanıb, xəsarət alan var

Balakən rayonunun Sarıbulaq kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları yanıb.

FHN-dən AzerTimes-a bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bakı şəhərinin Xətai rayonunda isə “Audi” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: