Bakıda külək qarajın damını aşırıb, işıq və kanalizasiya xətlərinə ziyan dəyib

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakıda güclü külək qarajın damını aşırıb.

AzerTimes-ın məlumatına görə, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Güclü külək nəticəsində yük avtomobilləri üçün nəzərdə tutulan qarajın damı avtomobil yolunun üzərinə düşüb və hərəkəti bağlayıb. Ətrafda olan agacın budaqları da sınıb, işıq dirəyi aşıb və kanalizasiya borularına ziyan dəyib.

Uçmuş damı və ağacın budaqlarını ərazidən götürmək, yolu açmaq üçün texnika cəlb olunub.

Teqlər: