Körpələr evində yanğın oldu

Körpələr evində yanğın oldu

Bakının Pirallahı rayonunda ümumi sahəsi 450 m² olan ikimərtəbəli “Cırtdan” körpələr evinin zirzəmisində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytından verilən xəbərə görə, zirzəmidə məişət tullantıları yanıb. Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə edilib.