Bakıda istixananada yanğın olub

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 300 m² olan istixananın polietilen üzlüyü 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Teqlər: