Bakıda ikimərtəbəli ev yanıb, ev sahibi və gəlini xəsarət alıb

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 240 m² olan (hər mərtəbəsi 120 m²) ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yanğın zamanı ev sahibi yanıq xəsarəti, gəlini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Teqlər: