Bakıda gəlnini doğrayıb öldürən kişinin məhkəməsi başlayır

Xəbər - Samir Əli – AzerTimes:

Bakıda gəlnini doğrayaraq qətlə yetirən qayınatanın barəsində cinayət işi yekunlaşıb.

Baş Prokurorluqdan AzerTimes-ə verilən məlumatda bi ldirilir ki, bu il yanvarın 27-də Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılmışdır.
İstintaqla İdris Məhərrəmovun onunla eyni ünvanda yaşayan gəlini Banı Məhərrəmovanı küt alətlə baş nahiyəsindən vurmaqla, daha sonra kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra meyiti hissələrə ayırmaqla meyit üzərində təhqiredici hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Teqlər: