Bakıda F1 ikinci sərbəst yürüşünün qalibləri məlum olub

Xəbər - Elçin Mehdiyev – Trend:

Bakıda keçirilən Formula 1 yarışları çərçivəsində F1 ikinci sərbəst yürüşlərinin qalibi müəyyən olunub.

AzerTimes-ın məlumatına görə, 10 komandanın iştirak etdiyi yürüşdə “Red Bull Racing Honda” komandasının pilotu Sergio Perez, ikinci yerdə eyni komandanın pilotu Maks Verstappen, üçüncü yerdə isə “Scuderia Ferrari Mission Winnow” komandasının pilotu Carlos Sainz qərarlaşıb.

Bununla da F1 yarışının 1-ci günün proqramı başa çatıb.


Qeyd edək ki, bu gün başlayan Formula 1 Azərbaycan Qran Prisi iyunun 6-dək davam edəcək.

Teqlər: