Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri azalıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz azalaraq 1 milyard 130,2 milyon manat olub.

AzerTimes-ın məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 840,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,4 faizini təşkil edib.


2021-ci ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 55,5 faiz azalaraq 84,6 milyon manat olub. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 40,4 faiz azalaraq 63,0 milyon manat olub.

Teqlər: