Bakıda dəhşətli qətl törədilib

Bakıda dəhşətli qətl törədilib

Dünən – 1 aprel axşam saatlarında Nərimanov rayonu Montin qəsəbəsində 1997-ci il təvəllüdlü Cəfərov Azər Fərman oğlu qohumu 1991-ci il təvəllüdlü Qasımova Fəridə Səxavət qızını və onun qardaşı, 2001-ci ildə anadan olmuş Qasımzadə Saqil Səxavət oğlunun boğazlarını kəsərək onları amansızlıqla öldürüb. O, daha sonra uşaqların anası 1962-ci il təvəllüdlü Lətafət Qasımovanı çoxsaylı bıçaq zərbələri ilə öldürməyə çalışıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatıdırlıb.

A.Cəfərov öldürdüyü şəxsləri özünə məxsus “BMW” markalı 90 HK 308 dövlət nömrə nişanlı avtomobilin baqajına qoyaraq uzaqlaşıb. O, çox keçmədən yaxalanıb.

Hadisəni tərədən şəxs L.Qasımovanın bacısının kürəkəni olub.

Bir ailədən 2 nəfəri öldürüb, digərini isə ölümcül hala salan 20 yaşlı Azər Cəfərov əvvəllər məhkumluq həyatı yaşayıb. O, xuliqanlıq cinayəti və yol-nəqliyyat hadisəsi törətdiyinə görə, həbs edilibmiş. Qətlin hansı səbəbdən baş verməsinə gəlincə, A.Cəfərov yoldaşının xalası olan Lətafət Qasımovanın evinə gəlib və onlardan borc pul istəyib. İstəyi baş tutmadıqda isə o, evdə olan ailə üzvlərinbi bir-bir öldürərək mənzildəki pulu götürmək qərarına gəlib. İlk olaraq A.Cəfərov ailənin ən kiçiyi olan 16 yaşlı Saqili həyətdən küçəyə çağırıb və odun yığmaq adı ilə bir qədər kənara aparıb. Burada bıçaqla uşağın boğazını kəsən A.Cəfərov ailənin digər oğlu ilə çay içib. Oğlan evdən gedən kimi A.Cəfərov bıçaqla ailənin qızı, 26 yaşlı Fəridə Qasımzadəyə hücum edərək onun boğazını kəsib və son olaraq 55 yaşlı Lətafət Qasımovanı öldürmək qərarına gəlib. Bu məqsədlə qadına çoxsaylı bıçaq zərbələri endirən A.Cəfərov evdən 207 dollar pul götürüb. O, daha sonra öldürdüyü bacı-qardaşın meyitlərini özünə məxsus olan “BMW” markalı avtomobilə qoyaraq uzaqlaşıb.

L.Qasımova ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi, kamera görüntüləri araşdırılıb və A.Cəfərovun avtomobilinin şəhərin mərkəzində avtomobil təmiri sexində olması müəyyən edilib. Dərhal aparılna əməliyyat tədbirləri nəticəsində o tutulub.

baqaj