Bakıda daha bir marşrut avtobusu kart sisteminə keçdi

Xəbər - Samir Əli – Trend:

Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AzerTimes-a verilən məlumata görə, hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

02.06.2021-ci il tarixindən 144 nömrəli marşrut xətti (Buzovna qəsəbəsi – Mərdəkan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Xəzər rayonu, Mərdəkan və Buzovna qəsəbələri üzrə Sergey Yesenin döngə 2, Baba Əliyev 244, Yesenin 62, Mərdəkan 152, Qılman İlkin küç., Zuğulba – Heydər Eyvazov küçəsi 1A, Buzovna qəs – Şüvəlan yolu, Mustafa Sübhi 2, Rasim İmanov 24 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.


İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Xatırladaq ki, bu, son bir ayda BakıKarta inteqrasiya edilən 12-ci marşrut xəttidir.

Teqlər: