Bakıda daha bir küçədə işıqfor quraşdırıldı (FOTO)

Xəbər - Samir Əli – Trend:

Bakıda daha bir küçədə işıqfor quraşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, bir neçə təhsil müəssisəsinin yerləşdiyi R.Behbudov küçəsi 55 ünvanında mövcud eyni səviyyəli piyada keçidinin nizamlanması üçün işıqfor quraşdırılıb.


Nəticədə, təhlükəsizlik səviyyəsi artırılıb, hərəkət növbəliliyi təmin edilib, əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, işıqfor dirəklərində çağırıcı qurğular yerləşdirilib.

Teqlər: