Bakıda daha bir əcnəbi vətəndaş soyuldu

Bakıda daha bir əcnəbi vətəndaş soyuldu

Bakıda Türkiyə vətəndaşının pulunu oğurlamaqda şübhəli bilinən qadın tutulub.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 18-də Türkiyə vətəndaşı Ümmet Yılmazın cibindən 44 manatını və 600 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Rəqsanə Zeynalova saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirirlir.