Bakıda çoxmərtəbəli binada yanğın – sakinlər təxliyə edildi

Bakıda çoxmərtəbəli binada yanğın – sakinlər təxliyə edildi

Bakı şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.  

Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çardağında, ümumi sahəsi 12m² olan köməkçi otaqda məişət əşyaları yanıb. Yanğınsöndürənlər tərəfindən 6 bina sakini təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.