Bakıda cibgirliklə məşğul olan şəxs tutuldu

Bakıda cibgirliklə məşğul olan şəxs tutuldu

Bakıda cibgirliklə məşğul olan şəxs tutulub.    
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərilə avqustun 30-da Bakı şəhər sakini Elşən Allahverdiyevin cibindən 2300 manat pul oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib. Paytaxt sakini Azad Vəliyev tutularaq istintaqa təhvil verilib.