Bakıda bu yollar axşamadək bağlı olacaq

Bakıda bu yollar axşamadək bağlı olacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saatlarından Mikayıl Müşfiq küçəsində (Qurd qapısı-Bakı Dairəvi-1 avtomobil yolu), Bakı Dairəvi -1 avtomobil yolunda, Moskva və Tbilisi prospektlərində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. İşlər axşam saatlarınadək davam edəcək.

Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.