Bakıda avtomobillər ucuzlaşdı

Bakıda avtomobillər ucuzlaşdı

Bakıda bəzi model avtomobillər ucuzlaşıb. Söhbət stokda qalan Chevroletin 3 modelindən gedir.

Chevrolet’in Azərbaycanda rəsmi təmsilçisindən verilən məlumata görə, 2015-ci il model “Captiva” 10%, “Cruze” 24%, “Aveo”nun qiyməti isə 34% endirilib.

1.2 L mühərrikli “Aveo” 23.074 manatdan 17.140 manata kimi ucuzlaşıb. Başqa sözlə avtomobilin nağd satış qiyməti 6176 manat düşüb.

1.8 L mühərrikli 31.000 manatlıq “Cruze” 24.824 manata satılır( 5934 manat ucuzlaşıb).
Əvvəl 51.500 manata satılan 3.0 L mühərrikli “Captiva” indi isə 46.562 manata təklif edilir.

Şirkətdən verilən məlumata görə, hər üç model üzrə ucuzlaşan avtomobillər orta təhcizatlıdır.