Bakıda bu avtobus hərəkət sxemini dəyişdi (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakıda 112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat veriblər. Qeyd olunub ki, dəyişikliyə səbəb Xəzər rayonu Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir.

Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi – Şüvəlan yolu ilə hərəkət edirlər.

Teqlər: