Bakıda bu avtobus həkət sxemini dəyişdi (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakıda sərnişin avtobusunun hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat veriblər. Qeyd olunub ki, 112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Dəyişikliyə səbəb Xəzər rayonu Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir.


Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi – Şüvəlan yolu ilə hərəkət edirlər.

Teqlər: