Bakıda Böyük Dəbilqə keçirilməyəcək: Səbəb

Bu il Bakıda cüdo üzrə Böyük Dəbilqə yarışı keçirilməyəcək.

AzerTimes xəbər verir ki, buna koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyət səbəb olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, hələlik Azərbaycan ərazisində qapalı məkanda beynəlxalq yarışların və kütləvi idman tədbirlərinin keçirilməsinə icazə verilmir.

Beynəlxalq Cüdo Federasiyası (İJF) artıq Tokio Yay Olimpiya Oyunlarına qədər keçiriləcək yarışların siyahısını açıqlamaq qərarına gəlib. Olimpiada ili olduğu üçün İJF lisenziya xallarını verən yarışların tezliklə bilinməsinin tərəfdarı olub. Hər il mayda Bakıda təşkil edilən Böyük Dəbilqə siyahıya daxil edilməyib.

Qeyd edək ki, 2020-ci ildə olimpiadaya lisenziya xalları qazandıran ənənəvi yarış koronavirus pandemiyası səbəbindən ləğv edilib.

Xatırladaq ki, 2013, 2014, 2015, 2016, 2017 və 2019-cu illərdə Bakıda Böyük Dəbilqə təşkil edilib./AzerTimes/

azertimes.az

Teqlər: