Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Milli Gimnastika Arenasında Bakıda bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində çoxnövçülük üzrə yekun olaraq qrup komandaları və fərdi gimnastların mükafatlandırma mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, fərdi gimnastlar arasında çoxnövçülükdə birinci yeri Darya Trubnikova (Rusiya), ikinci yeri Boryana Kaleyn (Bolqarıstan), üçüncü yeri Lala Kramarenko (Rusiya) tutub. Mükafatlandırma mərasiminin maraqlı anı medalların gimnastlara pilotsuz uçuş aparatı vasitəsi ilə verilməsi olub.

Qrup komandaları arasında Bolqarıstan yığması qızıl, İtaliya komandası gümüş, Belarus millisi bürünc qazandı.

Hərəkətlərin ən yüksək icrası göstəricisinə görə Azərbaycan Gimnastika Federasiyasının AGFTrophy xüsusi təyin olunmuş mükafatının verilməsi də keçirilib. İsrailin təmsilçisi Lina Aşram həmin mükafata layiq görülüb, qrup komandaları arasında Bolqarıstan milli komandası bu mükafatı qazanıb.

Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçirilir.

Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparacaq.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta “AGF Trophy” kuboku təqdim olunacaq.

Teqlər: