Bakıda ayaqqabı sexi və ərzaq mağazası yanıb

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 40 kv.m olan ayaqqabı istehsalı sexinin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki mallar 15 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Sabunçu rayonunda isə ümumi sahəsi 40 kv.m olan ərzaq mağazasının lambirindən ibarət tavanı və içərisindəki mallar, 1 ədəd kondisioner, 1 ədəd soyuducu qismən yanıb. Mağazanın qalan hissəsi və yaxınlıqdakı digər mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: