Bakıda axtarışda olan şəxs özünü partladıb, üç polis xəsarət alıb

Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Trend xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan yerdə qeydə alınıb.

Hadisə zamanı üç polis əməkdaşı xəsarət alıb.


Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunublar.

Teqlər: