Bakıda avtomobil təmiri sexi yanıb

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 150 m² olan avtomobil təmiri sexinin içərisində 20 m² sahəyə yığılan avtomobil ehtiyat hissələri yanıb, yüksək temperaturdan orada təmirə dayanan “Honda” markalı minik avtomobilinin ön hissəsi əriyib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: