Bakıda ağaclıq ərazidəki yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Bakı şəhərinin Səbail rayonunda ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a məlumat verilib.

***

15:47


Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Teqlər: