Bakıda 8 aya 3200 yol nişanı quraşdırılıb

Xəbər - Samir Əli – AzerTimes:

Bu ilin 8 ayı ərzində Bakı şəhərində yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə küçə və prospektlərdə 3200 yol nişanı quraşdırılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, həmçinin hesabat dövründə yol nişanları ilə bağlı 112 vətəndaş müraciəti təmin edilib.


Ümumilikdə yol nişanları ilə bağlı illik hədəfin 57 faizi təmin edilib.

Teqlər: