“Bakı Telefon Rabitəsi” İ.B. MMC-yə çevrildi

“Bakı Telefon Rabitəsi” İ.B. MMC-yə çevrildi

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) yenidən təşkil olunub və adını dəyişib.

“Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda xəbər verilir ki, BTRİB yenidən təşkil olunaraq və adını dəyişərək “Bakı Telefon Rabitəsi” MMC-yə çevrildiyini elan edib.

Qeyd edək ki, müəssisə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.