Bakı şəhərində yaşıllıq sahəsi azdır – Nazirlik

Xəbər - İlhamə İsabalayeva – Trend:

Bu gün Bakı şəhərində yaşıllıq sahəsi azdır.

AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qənbərov “Ekspert saatı” proqramında deyib.

Onun sözlərinə görə, şəhərin yaşıllıq sahəsinin artırılması üçün son illər ərzində işlər görülsə də bu, hələ norma çərçivəsində deyil:


”Hər hansı şəhərin 33 faizi yaşıllıqdırsa, bu, qəbul olunmuş norma sayılır. Amma bu gün bizim yaşıllıq sahələrimiz azdır. Bu sahələrin artırılması lazımdır”.

Teqlər: