Bakı Şəhəri üzrə Təhsil İdarəsi qəzalı vəziyyətə düşən məktəbi ilə bağlı açıqlama verib (FOTO)

Oktyabrın 11-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57 nömrəli tam orta məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə əyani tədrisə davam edəcəklər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzerTimes-a verilən məlumata görə, Bu qərar son vaxtlar əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt sularının 57 nömrəli tam orta məktəbin binasını qəzalı vəziyyətə salması səbəbindən verilmişdir.

Qeyd edək ki, normal tədris mühitinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir.

Teqlər: