Bakı sakini Gədəbəydə qoca ata və anasını qətlə yetirdi

Bakı sakini Gədəbəydə qoca ata və anasını qətlə yetirdi

Gədəbəy rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oğul ata-anasını qətlə yetirib.

Tükürpədici hadisə Qurudərə kəndində qeydə alınıb. Adıçəkilən kənddə yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib. Daha sonra o hadisə yerini tərk edib.

Hadisəni törədən Şöhrət Məsimov ailəsi ilə birgə Bakı şəhərində yaşayırmış, o bir neçə gün əvvəl kəndə valideynlərini görməyə gəlib. Sentyabrın 21-i isə hələlik məlum olmayan səbəblərdən atası, 1931-ci il təvəllüdlü Məsimov Mikayıl Yusif oğlu, anası 1938-ci il təvəllüdlü Məsimova Ayna Hüseyn qızını qətlə yetirib və qaçıb.

Həmin vaxt onun qardaşının yoldaşı və iki uşağı da evdə olub, onlar bağda olduqları üçün hadisəni görməyib. Kişinin meyiti evdə kürəyindən bıçaqlanmış halda, qadının meyiti isə həyətdə alma ağacının altında aşkarlanıb.

Deyilənən görə, Ş.Məsimov spirtli içki düşkünü olub.

Faktla bağla araşdırmalar aparılır. Gədəbəy Rayon Polis İdarəsində aidiyyəti iş üzrə cinayət işi açılıb.