Bakı metrosunda həyəcan: Oğlan qatar yoluna yıxılıb

Xəbər - Samir Əli – Trend:

Bakı metrosunda gənc oğlan müvazinətini itirərək qatar yoluna düşüb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzerTimes-a açıqlamasında bildirib ki, hadisə bu gün saat 19:06 radələrində Ulduz stansiyasında baş verib.

Həmin vaxt xətt üzrə “Dərnəgül”-“Həzi Aslanov” istiqamətində hərəkət edən qatar stansiyaya daxil olub. Dərhal qatar dayandırılıb və sərnişin – 22 yaşlı Şahlar Həsənov qatar yolundan çıxarılaraq təcili tibbi yardım stansiyasına təhvil verilib.

Teqlər: