Bakı limanı yük dövriyyəsini artırmağı planlaşdırır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı hazırda öz fəaliyyətini adi rejimdə davam etdirir, bu il yükdaşımaların həcminin əvvəlki illəri üstələyəcəyi gözlənilir.

Bunu AzerTimes-a limanının mətbuat xidmətinin rəhbəri Elmar Həbibli deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyasının mənfi təsirlərinə baxmayaraq, 2020-ci ildə Bakı limanı yük daşımalarını 2019-cu illə müqayisədə 20 faiz artırıb: “2015-ci ildə limanın yük dövriyyəsi 3,059 milyon ton idisə, 2019-cu ilə bu göstərici 4,057 milyon tona bərabər olmuşdu. 2020-ci ildə limanda yükdaşımaların həcmi 4,85 milyona çatıb. Beləliklə, 5 il ərzində Bakı limanının yük dövriyyəsi 59 faiz yüksəlib”.


O qeyd edib ki, Bakı limanında ildə 100 min 20 futluq konteyner aşırma imkanına malik terminal mövcuddur: “Ötən il həmin terminaldan 40 345 min konteyner aşırılıb ki, bu da 2019-cu illə müqayisədə 15 faiz çoxdur”.

(Tərcümə: Orxan Nəbiyev)