Bakı küçələrinin birinə Polad Həşimovun adı verilib

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakının Xətai rayonunda küçələrin birinə Milli Qəhrəman Polad Həşimovun adı verilib.

Bu barədə AzerTimes-a Xətai rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, küçənin keçmiş adı Pavel Naximov olub:

“Ötən ay Pavel Naximov küçəsini Polad Həşimov adına dəyişdirmək istəyimiz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müsbət cavablandırılıb və küçə 13 aprel tarixindən Milli Qəhrəmanımızın adına verilib”.

Xatırladaq ki, ölkə üzrə artıq ikinci küçədir ki, Polad Həşimovun adını daşıyır. Bundan əvvəl Qəbələ rayonunda Milli Qəhrəmanımızın adı küçəyə verilib.

Teqlər: