Bakıya 2 aviareys ləğv edildi

Bakıya 2 aviareys ləğv edildi

“Qatar Airways” aviaşirkəti iyunun 15-nə planlaşdırılmış Dohadan Bakıya reysi ləğv edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Reysin ləğv edlməsi səbəbləri barədə məlumat verilmir.

QR 247 Doha-Bakı reysi Azərbaycanın paytaxtında saat 01:25-də (Bakı vaxtı ilə) gəlməli idi. Bundan başqa, bu aviaşirkətin iyunun 15 saat 03:30-a planlaşdırılmış əks istiqamətdə olan reysi də ləğv edilib.