Bakı Ali Neft Məktəbinin tələbələri “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsində qalib oldu

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsi baş tutub. İki gün ərzində peşəkar təlimçilər tərəfindən biznes, marketinq, sahibkarlıq, motivasiya və data analitikası mövzularında təlimlər keçirilib.

Respublikanın 18 universitetinin iştirak etdiyi “Enactus Azərbaycan Yaz Məktəbi”-nin “Sual-Cavab” müsabiqəsində Bakı Alı Neft Məktəbinin (BANM) komandası verilən bütün sualları doğru cavablayaraq I yerin qalibi olub.

Yarışda BANM-i “Enactus BANM” komandasının kapitanı IV kurs tələbəsi Günel Hüseynli, komanda üzvləri III kurs tələbələri Mirkazım Ağayev, Taliyə Məmmədhəsənzadə, Şükran Əlizadə, IV kurs tələbəsi Fidan Aslanova və BANM-də MBA üzrə təhsil alan Pakizə Talıblı təmsil edib.


Qeyd edək ki, yarışda II yerə Azərbaycan Dövlət İqtisad Universiteti, III yerə isə Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Memarlıq və İnşaat Universiteti layiq görülüb.

Teqlər: