Bakı-2017 açılış promosu

Bakı-2017 açılış promosu

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat komitəsi oyunların açılış mərasiminə 1 gün qalmış açılış şounun promosunu təqdim edib.
Video “Qeyri-adi, gözqamaşdırıcı şou sizi gözləyir” sözləri ilə paylaşılıb.

Videonu sizlərə təqdim edirik:

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının Açılış mərasimində 30-dək ölkədən federasiya prezidentləri və rəhbər şəxslərinin iştirakı gözlənilir. Bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

A.Rəhimov Liviya, Sudan və Küveytin Oyunlarda iştirak edə bilməmələrinə təəssüfləndiyini qeyd edib: “Növbəti 11 gün ərzində 57 ölkənin idmançıları yarışlarda iştirak edəcəklər. Əfsuslar olsun ki, Liviya, Sudan və Küveyt İslamiadada iştirakdan imtian ediblər. Bu, bizi məyus etsə də, ümumilikdə 54 ölkənin iştirakına sevinməyə bilmərik. Yarışlar 4 qitədə yayımlanacaq və 1.3 milyard insan izləyəcək”.

Azərbaycan yarışlarda 500 nəfərdən çox heyətlə iştirak edəcək.

“İndi 46 ölkə atletlər kəndində məskunlaşıb. Bu gün isə daha 8 ölkənin gəlişini gözləyirik. Hər gün idmançılara günlük xərc üçün 50 dollar veriləcək”. Bunu isə İslamiadanın Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva deyib.

Qeyd edək ki, İslamiadanın açılış mərasimi mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Prezident İlham Əliyev Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

– birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat;
– ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;
– üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bundan başqa, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidenti İlham Əliyev Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

– birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
– ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
– üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.