Bakcell 5G gətirməyə hazırdır

Bakcell 5G gətirməyə hazırdır

“Bakcell” MMC 2017-ci ildə 149 yeni 3G şəbəkə stansiyası quraşdırıb.

Bunu şikrətin baş icraçı direktoru Nikolai Bekers bugünkü brifinqdə bildirib.

“Şirkət bu sahədə əsas diqqəti bölgələrə yönəldib. 3G şəbəkəsi ilə bərabər 4G və LTE şəbəkəsinin də genişlənməsi üzərində işlər aparılır. Bu il ərzində ölkədə 186 yeni “4G Advance” şəbəkəsi quraşdırılır. Bu şəbəkə əsasən Bakının Ələt, Qarabağ tərəfdə iri miqyaslı sənaye müəssisələri quraşdırılıb. Bu gün Xırdalan və Sumqayıt şəhərlərində də şəbəkədən istifadənin sayı və həcmi artıb. Bunun üçün də biz əsas diqqəti o sahəyə yönəltmişik. Cari ilin sonuna bu şəbəkənin əhatə dairəsi Abşeron yarımadası və Bakı şəhərinin hüdudlarını aşacaq. Bu şəbəkə ölkənin şimalına və cənubuna doğru istiqamət alacaq. Sonradan qərb tərəfə istiqamət almağı planlaşdırırıq. Tələbat artdıqca, bu şəbəkə digər bölgələri də əhatə edəcək”, – deyə o bildirib.

Baş icraçı direktor əlavə edib ki, “Bakcell” 5G şəbəkəsinin istismara verilməsində maraqlıdır: “Bu şəbəkənin fəaliyyətə başlaması üçün şirkət ilk növbədə lisenziya almalıdır. Hələlik bu cür lisenziya heç bir şirkətdə yoxdur. Bu, vaxt məsələsidir. İnanıram ki, gec-tez 5G şəbəkəsi Azərbaycana gələcək”.