Bağdadda xəstəxanada partlayış olub, çox sayda ölən və yaralanan var

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronaviruslu xəstələr üçün xəstəxanada partlayış və yanğın baş verib.

AzerTimes-ın “Baghdad Al Youm” portalına istinadən verdiyi məlumata görə, partlayış və yanğın nəticəsində azı 21 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, hadisə yerinə 20-dən artıq yanğınsöndürən briqada cəlb edilib. Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Bildirilir ki, ölən və yaralananların sayı arta bilər.