Bağdadda partlayış törədilib – Onlarla ölü və yaralı

Xəbər - Orxan Nəbiyev – Trend:

İraqın paytaxtı Bağdadda partlayış törədilib.

AzerTimes-ın məlumatına görə, şəhərin mərkəzi hissəsində baş vermiş hadisə nəticəsində azı 12 nəfər həlak olub, 20-dən çox şəxs yaralanıb.

İlkin məlumatlara əsasən, partlayış intiharçı terrorçu tərəfindən törədilib.


Hələlik hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.