Bağdadda partlayış baş verib, xəsarət alanlar var

İraqın paytaxtı Bağdad şəhərində partlayış baş verib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, şəhərin rayonlarında birində yerləşən zibilxanada əl qumbarası partlayıb.

Məlumata əsasən, partlayış nəticəsində azı 8 nəfər xəsarət alıb.

Bildirilir ki, hazırda insidentin təfərrüatları araşdırılır.