Babək Məhkəməsi hakiminin vəzifəsi dəyişdirildi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi D.Y.Səfərovun vəzifəsinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini və 97-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq qərara alınır:

– Daşqın Yaqub oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.

– Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Teqlər: