AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq (FOTO)

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə Özbəkistanın televiziya jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu barədə qərar Özbəkistanın Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədjon Xodayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə QSC sədri Rövşən Məmmədov arasındakı görüşdə qəbul olunub.

Toplantıda Azərbaycan xalqını 44 günlük Vətən müharibəsindəki parlaq qələbə münasibətilə təbrik edən qonaq işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işlərində Özbəkistanın iştirakından, dövlət televiziyaları arasında əlaqələrin inkişafından və gələcək planlardan danışıb.


Qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə bağlı qərarın qəbul olunmasından sonra detallar müzakirə olunub. AzTV sədri Rövşən Məmmədov bu istiqamətdə konkret addımların atılması məqsədilə QSC-nin Beynəlxalq Əlaqələr Departamentinə tapşırıqlar verib.

Bu barədə Özbəkistanın aoka.news saytı da xəbər dərc edib.

Teqlər: